"Qarabağ"dan möhtəşəm qələbə - YENİLƏNİB

Qarşılaşma "Qarabağ" 3:2 hesablı qələbəsi ilə başa çatdı.

------------
86-cı dəqiqədə Aleksey Kaşuk "Qarabağ"ın üçüncü qolunu vurur  - 2:3.

--------
Kamilo Duran 48-ci dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurur - 2:2.

---------

Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

------

"Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.

16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

-------

6-cı dəqiqədə Barreneçeanın vurduğu qolla meydan sahibləri hesabı açır - 1:0.

----------
Komandaların start heyətləri açıqlanıb:

"Benfika": 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k)

Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

--------
09:02

Təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu axşam ilk oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, rəqib Portuqaliya nəhəngi "Benfika"dır.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. "Köhlən atlar  Danimarkanın "Kopenhagen" klubu ilə gücünü sınayacaq.

16 sentyabr

UEFA Çempionlar Liqası

I tur

Saat 23:00, "Benfika" - "Qarabağ".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31