“İmişli”dən qeyri-peşəkar addım: protokolda adı olmayan futbolçu oyuna buraxıldı
19:27 İdman"İmişli" Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"la oyunda qayda pozuntusuna yol verib.
Teleqraf-ın məlumatına görə, bölgə təmsilçisi Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmanın 67-ci dəqiqəsində iştirak ərizəsində adı olmayan futbolçu İbrahim Əliyevi meydana buraxıb.
O, Ezekiel Morqanı əvəz edib. PFL-in əsasnaməsinə zidd olan bu addıma görə "İmişli"yə texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, hazırda davam edən "İmişli" - "Sumqayıt" oyununda hesab 1:0 meydan sahiblərinin xeyrinədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31