13 ildən sonra İLK - Özbəkistan İranı darmadağın etdi

Daşkənd - Özbəkistan milli komandası Orta Asiya Futbol Federasiyası (CAFA) Millətlər Kubokunun finalında İranı 1:0 hesabı ilə məğlub edərək çempionluğa yüksəlib.

Musavat.com xəbər verir ki, bu il ikinci dəfə təşkil olunan turnirin final qarşılaşması paytaxt Daşkənddəki Olimpiya Stadionunda baş tutub.

Normal müddət qolsuz başa çatıb. Lakin oyunun 120-ci dəqiqəsində Xocakbar Alicənovun vurduğu qol Özbəkistana tarixi qələbə qazandırıb.

Özbəkistan bu nəticə ilə İran üzərində 13 ildən sonra ilk qələbəsini əldə edib. Daha öncə isə ölkə futbolu tarixində ilk dəfə dünya çempionatının Asiya seçmə mərhələsində uğurlu çıxış edərək ABŞ, Meksika və Kanadada keçiriləcək 2026 Dünya Çempionatına vəsiqə qazanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31