Gənc cüdoçularımız 1/4 finalda mübarizə aparacaqlar

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu yarış günündə qarışıq komandalar mübarizə aparacaq.

Trend-in məlumatına görə, yarışda Azərbaycan komandası da çıxış edəcək.

Millimiz 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq və Yunanıstan-İsveçrə duelinin qalibi ilə qarşılaşacaq.

Qarışıq komandalar üzrə görüşlər 6 çəki dərəcəsində (oğlanlar: 73 kq, 90 kq, +90 kq; qızlar: 57 kq, 70 kq, +70 kq) keçiriləcək. Ümumilikdə 13 yığma komanda (132 cüdoçu) mübarizəyə qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31