Bu futbolçu milli komandamızın heyətindən kənarlaşdırıldı
16:30 İdmanFutbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Nəriman Axundzadə komandanın heyətindən kənarlaşdırılıb. Hücumçu zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.
Yığmamız daha öncə İslandiyaya 0:5 hesabı ilə məğlub olub. (Offsideplus.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31