Cüdoçumuz Ermənistan təmsilçisinə ipponla qalib gəldi
15:36 İdmanSlovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.
60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31