Azərbaycan millisi Slovakiyaya yola düşüb
3 Sentyabr 2025 07:07 İdmanCüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.
Yığmanı səfərə aparan təyyarə saat 06:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Ölkəmiz ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.
Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31