92 yaşlı qadın yeni dünya rekordları müəyyənləşdirdi
06:56 İdmanMusavat.com xəbər verir ki, İtaliyanın 92 yaşlı sakini Emma Mariya Matszenga idman sahəsində rekordlar qırmaqda davam edir. İdmançı 90+ yaş kateqoriyasında dörd dünya rekorduna imza atıb.
Mütəxəssislərin sözlərinə görə, Matszenganın dözümlülüyü 50 yaşlı insanla müqayisə olunur, əzələlərinin gücü isə 20 yaşlı gənclərə bənzəyir. O, idmana 53 yaşında geri dönüb və bu günə qədər gündə iki-üç dəfə məşq etməklə yüksək nəticələr göstərir.
İdmançının son uğuru 200 metr məsafəni 50,47 saniyəyə qət etməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31