İlin ən yaxşı futbol klubu mükafatına namizədlər açıqlanıb
7 Avqust 18:02 İdman"France Football" nəşri 2025-ci ilin ən yaxşı kişi futbol klubu mükafatına namizədləri açıqlayıb.
Olaylar xəbər verir ki, siyahıda 5 komanda yer alıb.
Bunlar "Barselona" (İspaniya), "Botafoqo" (Braziliya), "Çelsi" (İngiltərə), "Liverpul" (İngiltərə) və PSJ-dir (Fransa).
Qalib komandanın adı sentyabrın 22-də Fransanın paytaxtı Parisdə keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək ki, bu mükafata son olaraq İspaniyanın "Real Madrid" klubu sahib çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31