Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru UEFA-dan təyinat alıb
4 İyul 18:38 İdmanBeynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.
Olaylar xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyada "Novi Pazar" və Polşanın "Yagelloniya" komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.
İyulun 24-də "Qradski" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31