Ronaldonun oğlu Portuqaliya millisində debüt edib

Kriştiano Ronaldo futbol üzrə yeniyetmələrdən ibarət Portuqaliya milli komandasının heyətində (U15) ilk oyununa çıxıb.

Olaylar xəbər verir ki, Milli komandaya ilk dəfə dəvət olunan 14 yaşlı Ronaldo Xorvatiyada keçirilən beynəlxalq turnirin ilk oyununda Yaponiyaya qarşı matçın 54-cü dəqiqəsində meydana daxil olub.

Məlumata görə, görüş Portuqaliyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo hər hansı məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Portuqaliya yığması (U15) növbəti oyununu 14 may tarixində Yunanıstan komandasına qarşı keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31