“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşüb
14:55 İdmanBədavi Hüseynov "Qarabağ"ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.
Olaylar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, onun yubileyi Premyer Liqanın XXXIV turunun "Araz-Naxçıvan"la görüşünə (2:0) təsadüf edib.
Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.
1. Maksim Medvedev ("Qarabağ") - 376
2. Qara Qarayev ("Qarabağ") - 305
3. Aslan Kərimov ("Qarabağ") - 268
4-5. Rahid Əmirquliyev ("Xəzər Lənkəran") - 254
Riçard Almeyda ("Qarabağ") - 254
6. Bədavi Hüseynov ("Qarabağ") - 250.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31