Dünya Alpaqut Federasiyası Özbəkistanda – ÖZƏL
8 May 10:48 İdmanDünya Alpaqut Federasiyasının nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Federasiyanın rəhbər şəxsləri Özbəkistanın İdman naziri cənab Adxam İkramov ilə görüş keçiriblər. "Olaylar" xəbər verir ki, bu barədə Dünya Alpaqut Federasiyasının Prezidenti,
sabiq millət vəkili Jalə Əhmədova məlumat verib: "Artıq mövcud olan əməkdaşlıq çərçivəsində bu görüş əlaqələrin daha da genişləndirilməsi və Asiya üzrə regional nümayəndəliyin yaradılması imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Görüş zamanı Alpaqut Turan döyüş sənətinin türk xalqlarını birləşdirən ortaq ideoloji-mədəni dəyər kimi rolu və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Daşkənddə keçirilən irimiqyaslı idman festivalında da iştirak edib və Alpaqutun nümayişi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Alpaqutun beynəlxalq tanınması istiqamətində bu kimi təşəbbüslər, türk dünyasının ortaq dəyərlərinin təbliği və idman diplomatiyasının gücləndirilməsi baxımından önəmli addımlardır".