18 yaşlı rusiyalı şahmatçı Dünya Rapid Çempionatının qalibi olub - ÖZƏL
29 Dekabr 2024 13:23 İdmanRusiya şahmatçısı Volodar Murzin Amerikanın Nyu-York şəhərində keçirilən turnirdə Dünya Rapid Çempionatının qalibi olub.
Olaylar.az xəbər verir ki, nəticələr Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında yerləşdirilib.
13 oyunun nəticəsinə əsasən, 18 yaşlı idmançı on xal toplayıb. O , müvafiq olaraq ikinci və üçüncü olan həmyerliləri Aleksandr Qrişuk və Yan Nepomniaxtçiyə qalib gəlib.
FİDE-nin hazırkı reytinqində Murzin 64-cü yerdədir. O, 2022-ci ildə qrossmeyster adını alıb.
FİDE Rusiya və Belarus şahmatçılarına beynəlxalq yarışlarda neytral bayraq altında çıxış etməyə icazə verib .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31