"Barselona"nın futbolçusu Messinin nailiyyətini təkrarladı

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal Lionel Messinin nailiyyətini təkrarlayıb.

Olaylar.az xəbər verir ki, 17 yaşlı hücumçu buna "Sevilya"ya 5:1 hesabı ilə qalib gəldikləri La Liqanın X turunun matçında məhsuldar ötürmə etməklə nail olub.

İspaniyalı oyunçu hazırda yerli çempionatda 10 turdan sonra 6 assistlə yadda qalıb.

2014/2015 mövsümündə Lionel Messidən sonra Kataloniya təmsilçisinin heç bir futbolçusu bunu bacarmayıb.

Qeyd edək ki, Lamin Yamal bu il İspaniya yığması ilə Avropa çempionu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31