Gürcüstan Alpagut Döyüş Sənəti Federasiyası qeydiyyatdan keçib
17 Oktyabr 2024 14:07 İdmanGürcüstan Alpagut Döyüş Sənəti Federasiyası rəsmi olaraq qeydiyyatdan keçib. "Olaylar" xəbər verir ki, bu barədə Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova məlumat verib: "Bu, ölkədə Alpagut idmanının inkişafı və tanıdılması üçün yeni bir mərhələnin başlanğıcını bildirir. Federasiyanın yaradılması yerli idmançıların beynəlxalq səviyyədə iştirakını artırmaq, Alpagut ənənələrini qorumaq və gənc nəsli bu idmana cəlb etmək məqsədini güdür.
Gürcüstan Alpagut Döyüş Sənəti Federasiyası Dünya Alpagut Federasiyası ilə sıx əlaqələr qurmağı, müntəzəm yarışlar təşkil etməyi və idmançıların peşəkar inkişafını dəstəkləmək üçün təhsil kampaniyaları keçirməyi planlaşdırır.
Dünya Alpagut Federasiyası Gürcüstan Alpagut Döyüş Sənəti Federasiyasını bu əhəmiyyətli nailiyyət münasibətilə təbrik edir. Bu, Alpagut idmanının qlobal inkişafına müsbət təsir göstərəcək və yeni perspektivlər açacaq".
