"Barselona" Arda Gülərə görə UEFA-ya şikayət etdi
26 Sentyabr 21:33 İdmanÇempionlar Liqasının sosial media paylaşımında Arda Gülərin Lamin Yamalın qarşısında "ən yaxşı gənc oyunçu" kimi təqdim edilməsi "Barselona"da narazılıq doğurub.
Olaylar.az Offsideplus.az-a istinadən bildirir ki, klub bu vəziyyətə etiraz edərək UEFA-ya şikayət ərizəsi təqdim edib.
"Barselona"nın prezidenti Laporta 16 yaşlı Yamalın istedadlarının layiqli şəkildə qiymətləndirilmədiyini vurğulayıb. Hadisələrdən sonra Çempionlar Liqası hesabının paylaşımı silinib ki, bu da fanatların ciddi qəzəbinə səbəb olub.
Laporta Yamalın çıxışını qiymətləndirmək üçün UEFA-dan rəsmi açıqlama tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31