SOCAR Türkiyə 2024-2025 mövsümündə İğdır Futbol Klubunun bütün rəsmi oyunlarının forma sponsoru olub

Alagöz Holdinq İğdır Futbol Klubunun təsislərində keçirilən imza mərasimində SOCAR Türkiyə-nin baş direktoru Elçin İbadov, İğdır Futbol Klubunun prezidenti Cantürk Alagöz, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İğdır FK rəhbərliyi və  futbolçuları iştirak ediblər. Razılaşmaya əsasən, İğdır Futbol Klubu bütün rəsmi matçlarda formasında SOCAR-ın loqosunu daşıyacaq.

İmzalanma mərasimində çıxış edən SOCAR Türkiyə şirkətinin baş direktoru Elçin İbadov "SOCAR Türkiyə olaraq ölkəyə qoyduğumuz iqtisadi sərmayələri sosial inkişaf layihələrinə və idmana verdiyimiz dəstəklə  taclandırırıq. Bu mənada İğdırın Futbol Klubuna dəstək olmaqdan məmnunuq. Bu əməkdaşlığın Iğdır və hər iki ölkə üçün faydalı olmasını diləyir, İğdır Futbol Klubuna bu mövsüm mübarizəsində uğurlar arzulayıram" deyə bildirib.

İğdır Futbol Klubunun prezidenti Cantürk Alagöz çıxış edərək "Qardaş ölkəmiz Azərbaycanın ən böyük enerji şirkəti və Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi olan SOCAR Türkiyə-nin klubumuza dəstək verməsi bizi çox qürurlandırır və sevindirir. Bu dəyərli razılaşmaya görə SOCAR Türkiyəyə təşəkkür edir və bunun hər iki tərəf üçün faydalı olmasını arzulayırıq"deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31