Formula 1 Azərbaycan Qran-Prisi: Uill Smit paddokda görüntülənib (FOTO)

Formula 1 Azərbaycan Qran-Prisinin konsert proqramında iştirak etmək üçün Bakıya gələn dünya şöhrətli ulduz Uill Smit bu gün paddokda görünüb.

Uill Smit Formula 1 qarajlarına baş çəkib, məşhur komandalar və pilotlarla bir araya gəlib. Amerikalı aktyor eyni zamanda öz fanatları ilə görüşərək onlarla səmimi anlar yaşayıb və kameralar qarşısında müsahibələr verib.

Qeyd edək ki, Uill Smit Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün ilk günü möhtəşəm performansı ilə azarkeşlərə unudulmaz gecə yaşatdı.

Formula 1 Azərbaycan Qran-Prisi: Uill Smit paddokda görüntülənib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31