"Formula 2" komandalarının sprint yarışları başladı

"Formula 1" Azərbaycan Qran Prisi 2024 çərçivəsində "Formula 2" komandalarının sprint yarışları başlayıb.

Olaylar-ın məlumatına görə, yarışda 11 komanda iştirak edir.

Yarış zamanı pilotlar 21 dövrə vurmalıdırlar.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 dünən start götürüb. Əsas yarışlar sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31