Təşkilat Komitəsinin Qış Olimpiya Oyunlarına hazırlıq istiqamətindəki narahatlığı

2026-cı il Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Andrea Varnye turnirə hazırlıqlar istiqamətində yaranmış problemlərlə bağlı danışıb.

Olaylar.az xəbər verir ki, o, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytına açıqlamasında deyib.

Varnye bildirib ki, Milan və Kortina d'Ampetsoda keçiriləcək Oyunların startına kimi problemləri aradan qaldıracaqlar: "Ötən ilin sonundan tikinti istiqamətində sürətlənmə hiss olunur. Yay çox mühümdür, çünki qış aylarında işin sürəti azalır. Bu ciddi problemdir, amma infrastruktur turnirin startına kimi bitəcək. Bizim marketinq əməkdaşlığı baxımından problemlər var. Biz 3 böyük müqavilə imzalamışıq, sentyabrda daha 3 saziş olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31