Devid Bekhemin yeni hobbisi - FOTO

Əfsanəvi ingilis futbolçu Devid Bekhem bağçılıqdakı uğurlarını bölüşüb.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, o, müvafiq fotonu "Instagram"da paylaşıb.

"Düşünürəm ki, bu gün yaxşı gün idi", - deyə yazan Devid Bekhem paylaşıma kök, brokoli və kartof emojilərini də əlavə edib.

Qeyd edək ki, Devid 2013-cü ildə peşəkar karyerasını başa vurub. O, hazırda model və biznesmen kimi fəaliyyət göstərir. Eyni zamanda "İnter Mayami" klubunun həmsahibidir.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31