İlham Zəkiyev Paris-2024-də bürünc medal qazanıb
7 Sentyabr 2024 19:07 İdmanAzərbaycanlı paracüdoçu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda Monqolustan təmsilçisi Qanbat Daştserenlə qarşılaşıb.
Rəqibini məğlub edən Zəkiyev bürünc medala sahib çıxıb.
Qeyd edək ki, paralimpiya oyunları sentyabrın 8-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31