FCSB-nin prezidenti: "Qarabağ"ı məğlub edəcəyik"
1 Sentyabr 2024 18:48 İdmanFCSB-nin prezidenti Cici Bekali Avropa Liqasının püşkatmasını dəyərləndirib.
Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, o, Rumıniya çempionunun səfərdə "Qarabağ"ı məğlub edəcəyini düşünür.
Bekali ölkə mətbuatına açıqlamasında FCSB-nin turnirdə uğurlu nəticələr qazanacağına ümid etdiyini bildirib: "Mançester Yunayted"lə heç-heçə oynaya bilərik. "Qarabağ", PAOK və "Olimpiaskos"u məğlub edəcəyimizə əminəm. Bizə əsas problemi "Hoffenhaym" yaşada bilər. Komandanın çox xal toplayıb, pley-offa yüksələcəyini düşünürəm".
Qeyd edək ki, FCSB Avropa Liqasının VII turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Oyun yanvarın 23-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31