“Paris-2024”: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib
29 Avqust 2024 16:50 İdmanParis-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start verilib.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxıb.
Parataekvondo
58 kq, K44
İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş parataekvondoçumuzun qələbəsi ilə bitib. 6:5 hasabı ilə qalib gələn Zeynalov mərhələ adlayıb.
Qeyd edək ki, parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31