Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi

23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidməti açıqlayıb.

Yığmanın baş məşqçi vəzifəsi Rəcəb Fərəczadəyə tapşırılıb. Mütəxəssis oktyabrın 7-10-da Xorvatiyada keçiriləcək U-23-lər arasında dünya çempionatında komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, baş məşqçinin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31