Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi Azərbaycana gəlir
23 Avqust 2024 18:24 İdmanBeynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabana Azərbaycana səfər edəcək.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti açıqlayıb.
Ölkəmizə səfəri zamanı o, öz dəyərli biliklərini və təcrübəsini yerli mütəxəssislərlə bölüşəcək. Avqustun 30-31-də keçiriləcək tədbirlər Milli Gimnastika Arenasında baş tutacaq və saat 15:00-da başlayacaq. Qonaq tərəfindən keçiriləcək "Milli mütəxəssislər üçün məşqçilik və hakimlik üzrə seminar"da peşəkar məşqçiləri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31