Olimpiya Oyunlarında qazanılan qızıl medallar Azərbaycan xalqının qürur mənbəyidir- ÖZƏL

"Azərbaycan idmançıları öz fədakarlıqları və əzmkarlıqları ilə ən yüksək qiymətə layiq görülüblər. Onların beynəlxalq arenalarda əldə etdikləri nailiyyətlər, ölkəmizin idman gücünü bir daha təsdiqləyir. Bu uğurlar, gənc nəsillərə nümunə olmaqla yanaşı, onların da gələcəkdə bu zirvələrə yüksəlmələri üçün ilham qaynağı olur. İdmançılarımızın əldə etdiyi medallar və uğurlar, onların qətiyyətli işlərinin nəticəsidir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib:

"Olimpiya Oyunlarında qazanılan qızıl medallar, Azərbaycan xalqının sevinci və qürur mənbəyidir. Bu medallar, idmançılarımızın illərlə çalışmasının, əzmkarlığının və sarsılmaz iradəsinin bariz nəticəsidir. Xalqımız bu uğurları böyük sevinclə qarşılayır, idmançılarımızı fəxrlə dəstəkləyir və onların gələcəkdə daha böyük uğurlara imza atmalarını səbirsizliklə gözləyir. Hər bir medal, Azərbaycanın idman sahəsindəki gücünü və dünya arenasında mövqeyini daha da gücləndirir.
Dövlət başçısı çıxışında Azərbaycanda inkişaf edən idman növlərindən də bəhs etmişdir. Belə ki,  Azərbaycanda idmanın bir çox növləri, xüsusilə cüdo, boks, taekvondo və yunan-Roma güləşi kimi idman növləri sürətlə inkişaf edir. Bu növlərdə qazanılan medallar və uğurlar, ölkəmizdə idmanın hərtərəfli inkişafını və gənc nəsillərin bu sahələrdə uğur qazanmaları üçün göstərilən səyləri əks etdirir. Bu inkişaf, Azərbaycanın idman sahəsindəki potensialını daha da artırır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31