"Qarabağ"ın play-off qazancı bəlli oldu - MƏBLƏĞ
14 Avqust 2024 10:47 İdmanXəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" Bolqarıstanın "Ludoqorets" kollektivini üstələyib və mərhələ adlayıb.
Olaylar.az metbuat.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan məlumata görə, Çempionlar Liqasının play-off mərhələsində iştirak edən hər bir klub 5 milyon avroya yaxın məbləğ qazanacaq. Qrup mərhələsində iştirak hüququ qazanan klublar isə 15,6 milyon avroya sahib çıxacaq.
Qeyd edək ki, "Qarabağ"ın bu mərhələdə rəqibi "Dinamo Zaqreb" olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31