FİFA İspaniya klublarına 2 ay vaxt verdi - Sərt xəbərdarlıq
13 Avqust 2024 11:23 İdmanFİFA yaşı 16-dan aşağı olan futbolçuların transferi ilə bağlı İspaniya klublarına xəbərdarlıq edib.
Olaylar xəbər verir ki, FİFA-nın prezidenti Canni İnfantino 18 yaşından kiçik oyunçuların 3 ildən çox müddətə peşəkar müqavilə imzalaya bilməyəcəklərini və İspaniya klublarının bu qadağaya əməl etmədiklərini bildirib.
O, İspaniya klublarına bu problemi aradan qaldırmaq üçün 2 aydan qısa müddət verib.
Qeyd edək ki, qaydalara əməl etməyən klubların ciddi cəza alacağı bildirilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31