Paris-2024: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Olaylar.az-ın report-a istinadən məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb. İdmançı 1/4 finalda polşalı Mateus Baranovski ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31