Paris-2024: İki güləşçimizin rəqibi müəyyənləşib
8 Avqust 2024 18:11 İdmanParis-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarının ikinci gününün püşkü atılıb.
Olaylar.az xəbər verir ki, Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub.
74 kq çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə görüşəcək. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə Diaeldin Abdelmottaleblə (Misir) qarşılaşacaq. Hər iki güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.
Qeyd edək ki, bu iki çəkidə yarışa sabah start veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31