Qaşım Maqomedov: "İnana bilmirəm, nə baş verir?"
7 Avqust 2024 20:43 İdman"Həqiqətən hisslərimi ifadə edə bilmirəm".
Bunu İdman.bizə açıqlamasında Paris-2024 Olimpiadasının finalına yüksələn Qaşım Maqomedov (58 kq) deyib.
Azərbaycanlı taekvondoçu yarımfinaldan sonra həlledici görüşdə var gücü ilə mübarizə aparaağını bildirib: "Olimpiya Oyunlarının finala yüksəlmək... Hələ də inana bilmirəm. Nə baş verir? Artıq finaldayam. Tribunalara dəstəyə görə təşəkkür edirəm. İnanırdım, amma bunun baş verəcəyini gözləmirdim. Ağır gündür və bitməsinə çox az qalıb. Finalda qızıl qazanmaq istəyirəm. Azərbaycana Olimpiya çempionu kimi dönmək arzusundayam".
Qeyd edək ki, yarımfinalda Olimpia çempionu Vito Dell Akvila (İtaliya) Qaşım finalda cənubi koreyalı Park Tae-Junla qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31