Parisdə 40-dan çox idmançı COVID -19-a yoluxdu

Parisdəki Olimpiya oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub.

Olaylar.az xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Mariya Van Kerkhove Cenevrədə keçirilən brifinqdə bildirib.

"Mövsümdən asılı olmayaraq, son aylarda bir çox ölkələrdə, o cümlədən Olimpiya oyunlarında COVID-19-a yoluxma hallarında artım müşahidə olunub, burada ən azı 40 idmançıda testlər müsbət nəticə verib", - deyə ÜST nümayəndəsi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31