"Qarabağ" "Ludoqorets"ə qarşı - YENİLƏNİR

20:01

6 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan) - 0:0 (Birinci hissə)

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach 

Tofiq Bəhramov adına Respublika Stadionu

-----------

19:04

"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Ağdam klubu doğma azarkeşləri önündə "Ludoqorets"i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

Komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun

6 avqust

20:00. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)

"Qarabağ": 97. F. Buntiç, 29. M. Veşoviç, 13. B. Mustafazadə, 81. K. Medina, 27. Toral Bayramov, 6. J. Romao, 8. M. Yankoviç, 15. L. Andrade, 7. Y. Benzia, 10. A. Zubir, 18. Juninyo

Ehtiyat oyunçular: 12. S. Məmmədzadə, 2. M. Silva, 30. A. Hüseynov, 44. E. Cəfərquliyev, 55. B. Hüseynov, 17. H. Keyta, 20. R. Almeyda, 24. A. İsayev, 66. P. Andrade, 90. N. Axundzadə, 19. R. Çiça

Baş məşqçi: Qurban Qurbanov

"Ludoqorets": 39. H. Bonmann, 17. Son, 4. D. Almeyda, 24. O, Verdon, 3. A. Nedyalkov, 6. Y. Piotrovski, 23. D. Duarte, 30. P. Naressi, 37. B. Tekpetey, 9. K. Duah, 11. K. Vidal

Ehtiyat oyunçular: 1. S. Padt, 67. D. Xristov, 14. D. Qropper, 15. E. Kurtulus, 16. A. Fonn Vitri, 7. Rik, 8. T. Nedelev, 18. İ. Çoçev, 82. İ. Yordanov, 90. S. Delev, 10. M. Tissera, 12. R. Kruz

Baş məşqçi: Georgi Dermençiyev

Baş hakim: Urs Şinder (İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu

-----------

09:44

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə evdə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü İsveçrədən olan referi Urs Şnider idarə edəcək.

"Ludoqorets" son illər Bolqarıstan futbolunun nəhəngi hesab edilir. Razqrad şəhərini təmsil edən komanda 2011/12 mövsümündən başlayaraq son 13 mövsümün hamısında ölkəsinin çempionu olub. Komanda 8-i dalbadal olmaqla 10 dəfə Avropa kuboklarının qrupunda çıxış edib.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.

"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) - TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

6 avqust.

20:00. "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan)

Baş hakim: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach

Tofiq Bəhramov adına Respublika Stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31