"Nürnberq"də çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm" - Mahir Emreli
6 Avqust 2024 18:50 İdmanAzərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubuna keçidi haqda fikirlərini bildirib.
Olaylar.az xəbər verir ki, 27 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında deyib ki, tezliklə meydana qayıtmaq üçün əlindən gələni edəcək:
"Şüurlu şəkildə Almaniyaya köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Tez sağalmağım üçün klubda ən yaxşı şərait var. "Nürnberq"də çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, 2-ci Bundesliqa klubu bu gün Mahir Emreli ilə 1 illik müqavilə imzaladığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31