Paris-2024: Sənan Süleymanov yarımfinalda (FOTO) (YENİLƏNİB)

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bu gün yunan-Roma güləşində daha iki çəkidə mübarizəyə start verilib.

Azərbaycan millisinin bir güləşçisi xalçaya çıxıb. Sənan Süleymanov Fransa paytaxtında mübarizəyə başlayıb.

Yunan-Roma güləşi
77 kq

Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov yarışa 1/8 finaldan başlayıb. Aik Mnatsakanyanla (Bolqarıstan) güləşən idmançımız görüşün gedişində zədələnməsinə baxmayaraq, xalçaya qayıdaraq inamlı qələbə qazanıb - 2:0. Süleymanov 1/4 finalda macarıstanlı Zoltan Levai ilə qüvvəsini sınayıb. Sənan bu dueli də aktivinə yazıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşsa da, güləşçimiz sonuncu xal prinsipinə əsasən adını yarımfinala yazdırıb.

Qeyd edək ki, Sənan Avropa çempionatlarında qızıl və ikiqat bürünc mükafatçısıdır.

xxx

14:28

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Olaylar.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən erməni əsilli rəqibi Ayk Mnatsakanyanla qarşılaşıb.

Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Paris-2024: Sənan Süleymanov yarımfinalda (FOTO) (YENİLƏNİB)

Paris-2024: Sənan Süleymanov yarımfinalda (FOTO) (YENİLƏNİB)
Paris-2024: Sənan Süleymanov yarımfinalda (FOTO) (YENİLƏNİB)
Paris-2024: Sənan Süleymanov yarımfinalda (FOTO) (YENİLƏNİB)
Paris-2024: Sənan Süleymanov yarımfinalda (FOTO) (YENİLƏNİB)
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31