Güləşçimiz erməniyə qalib gəlib 1/4 finala çıxdı
6 Avqust 2024 14:37 İdmanParis-2024 Yay Olimpiya Oyunları davam edir.
Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, bu gün yunan-Roma güləşində daha iki çəkidə mübarizəyə start verilib.
Azərbaycan millisinin bir güləşçisi xalçaya çıxıb. Sənan Süleymanov Fransa paytaxtında mübarizəyə başlayıb.
Yunan-Roma güləşi
77 kq
Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov yarışa 1/8 finaldan başlayıb. Aik Mnatsakanyanla (Bolqarıstan) güləşən idmançımız görüşün gedişində zədələnməsinə baxmayaraq, xalçaya qayıdaraq inamlı qələbə qazanıb - 2:0.
Qeyd edək ki, Sənan Avropa çempionatlarında qızıl və ikiqat bürünc mükafatçısıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31