Paris-2024: Üzgüçümüz finişə 3-cü çatdı

Paris-2024 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışları davam edir.

Olaylar xəbər verir ki, Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah mübarizəyə başlayıb.

50 m məsafəyə sərbəst üsulla üzmə yarışında çıxış edən idmançımız 6-cı qrupda yer alıb. 5-ci zolaqda üzən Məryəm finişə 3-cü çatıb. O, məsafəni 27,76 saniyəyə qət edib.

79 iştirakçı arasında ilk 16-ya düşə bilmədiyi üçün üzgüçümüz Şeyxəlizadəxangah yarışı erkən başa vurub.

Qeyd edək ki, yarımfinal bu gün, final mərhələsi avqustun 4-də keçiriləcək.

Paris-2024: Üzgüçümüz finişə 3-cü çatdı (FOTO)

Paris-2024: Üzgüçümüz finişə 3-cü çatdı (FOTO)

Paris-2024: Üzgüçümüz finişə 3-cü çatdı (FOTO)

Paris-2024: Üzgüçümüz finişə 3-cü çatdı (FOTO)

Paris-2024: Üzgüçümüz finişə 3-cü çatdı (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31