Arif Əsədov milli komandadan ayrılıb
2 Avqust 2024 18:23 İdmanAzərbaycan milli komandasının məşqçisi Arif Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Olaylar.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Əsədov Fernandu Santuşun baş məşqçi postuna təyinatına qədər yığmaya rəhbərlik edib. O, komandanı martda və iyunda keçirilən dörd matça çıxarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31