Azərbaycan cüdoçusu Hidayət Heydərovu Fransanın paytaxtı Parisdə Azərbaycan nümayəndə heyətinin ofisində idmançılar sevinclə qarşılayıblar.
Olaylar.az xatırladır ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.
Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.









