Xetaq Qazyumov: “Güləşçilər qələbəyə köklənib”

"Hazırlıq prosesi plan üzrə gedir".

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycanın millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.

O, Paris-2024 Yay Olimpiya oyunlarında çıxış edəcək komandasının son durumunu dəyərləndirib. Qazyumovun sözlərinə görə, yarış üçün son təlim-məşq toplanışı keçirlər: "Güləşçilər qələbəyə köklənib. Ümid edirəm ki, Olimpiya Oyunlarında ən yaxşı güləşlərini nümayiş etdirəcəklər. Bir həftə qalıb. Yoxlama görüşləri keçirəcəyik. Ümid edirəm ki, toplanışı zədəsiz başa vurarıq. Sonra Olimpiada bayramı başlayacaq".

Qeyd edək ki, Azərbaycan Fransa paytaxtına 6 sərbəst güləşçi ilə yollanacaq. Bu növ üzrə yarışlar avqustun 8-dən başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31