Paris-2024: Hidayət Heydərovdan uğurlu start

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.

Olaylarğ xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir cüdoçusu tatamiyə çıxıb.

Yığmamızın lideri Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparacaq. Bu il dünya və Avropa çempionu olan idmançımız qızıl "het-trik"lə Parisdəki ilk medalımızı qazanmağa çalışır.

Kişilər
73 kq

Dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, mərhələ adlayıb. Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) - İqor Vandtke (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub. (İdman.biz)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31