Türkiyə olimpiada tarixində ilk!
27 İyul 2024 20:45 İdmanTürkiyəli güllə atıcısı Şəvval İlayda Tarhan "Paris-2024" Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib.
Olaylar.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyyet" qəzeti yazı dərc edib.
Ş.İlayda 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.
O, sabah final mübarizəsinə çıxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31