2030-cu ildə Olimpiya Oyunları Fransada keçiriləcək

2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.

Qurumun bu gün keçirilən 142-ci sessiyasında yarışlara ev sahibi Fransa Alpları seçilib. Bu ölkə dördüncü dəfə Qış Olimpiya Oyunlarını qəbul edəcək. 1924 (Şamoni), 1968 (Qrenobl) və 1992-ci ildə (Albertvil) də Fransa yarışların təşkilatçısı olub.

Qeyd edək ki, bu il Paris-2024 Yay Olimpiya Oyunları da Fransada keçirilir. Yarışın açılış mərasimi iyulun 26-da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31