Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da

Şahruddin Məhəmmədəliyevin "Qarabağ"a keçidi rəsmiləşib.

Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər komandada çıxış edəcək.

Məhəmmədəliyev 2016-23-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2024-cü ilin yayında Türkiyə klubuna transfer edilib. Şahruddin 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, qapıçı Azərbaycan milli komandasında 29 oyun keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31