AFFA və PFL-dən qərar: 14-cü komanda müəyyənləşib

Azərbaycan çempionatının II Liqasında oynayacaq 14-cü komanda bəlli olub.

Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, buna AFFA və PFL birgə qərar verib.

Qurumlar II Liqada komanda sayının optimallaşdırılması məqsədilə müzakirələri yekunlaşdırıb. Yarışda çıxış edəcək 14-cü komandanın "Şəfa" olması qərara alınıb.

Qeyd edək ki, bu, "İrəvan"ın AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə bütün yarışlardan kənarlaşdırıldığı üçün baş verib. II Liqada 13-cü yerin sahibi olan və pley-offda uduzan "Şəfa" çempionatda saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31