ABŞ Olimpiya Oyunlarından məhrum edilə bilər- ÖZƏL
17 İyul 2024 12:05 İdmanOlaylar.az xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) Amerika Antidopinq Agentliyinin (USADA) 2028 və 2034-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu ləğv edə bilər. Bu sözləri WADA-nın ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Riçard Pound deyib. Mümkün hüquqlardan məhrum edilməsinə səbəb çinli üzgüçülərlə bağlı araşdırma olub.
Ancaq çətin ki, məmurlar belə bir addım atmağa cürət etsinlər. Amerika yurisdiksiyasının Birləşmiş Ştatlar sərhədlərindən də çox uzaqlarda yayılması praktikasını nəzərə alsaq, onlar yüz illərlə həbs olunmaq ehtimalı ilə Qərb dünyasının istənilən yerində ələ keçirilə bilər. ABŞ-nin arzuolunmaz idman məmurlarını necə cəzalandıra biləcəyinin bariz nümunəsi FİFA prezidenti Yozef Blatterin həbsi və məhkəməsi hekayəsidir.