Kilian Mbappe “Real”la müqavilə imzalayıb
16 İyul 2024 17:11 İdmanBu gün fransalı hücumçu Kilian Mbappenin "Real"la müqavilə imzalama mərasimi keçirilib.
Olaylar idman.biz-ə xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peresin də iştirak etdiyi mərasim "Santiaqo Bernabeu" stadionunda baş tutub.
Sonra Mbappe Kral Klubunun kubokları önündə 9 nömrəli köynəklə şəkil çəkdirib. Fransız forvardın təqdimat mərasimi tezliklə "Real"ın doğma stadionunda baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31