Azərbaycan Premyer Liqasının püşkü atılıb

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün püşkü atılıb.

Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.

Püşkatmada Premyer Liqanın 10 komandası iştirak edib. Mərasimdən sonra I turun cütləri dəqiqləşib.

I tur
"Araz-Naxçıvan" - "Qarabağ"
"Şamaxı" - "Sabah"
"Zirə" - "Səbail"
"Neftçi" - "Turan-Tovuz"
"Sumqayıt" - "Kəpəz"

Qeyd edək ki, çempionata avqustun 2-də start veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31